...

İran da öz kriptovalyutasını yaradacaq

Dünya xəbərləri Materials 23 Fevral 2018 11:30 (UTC +04:00)
İran hökuməti milli kriptovalyuta yaratmağı planlaşdırır.
İran da öz kriptovalyutasını yaradacaq

Bakı. Trend:

İran hökuməti milli kriptovalyuta yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ölkənin informasiya texnologiyaları və rabitə naziri Məhəmməd Azəri Cəromi deyib.

Nazir bildirib ki, kriptovalyutanın yaradılması layihəsi İranın Poçt Bankı tərəfindən həyata keçiriləcək. Yaxın zamanlarda kriptovalyuta üçün platforma yaradılması məqsədilə tender elan ediləcək.

Bir müddət əvvəl İran Məkəzi Bankı bitkoini legitim valyuta kimi tanımaqdan imtina etmişdi.

İran öz kriptovalyutasını yaradacağı təqdirdə, bu addımı atan ikinci ölkə olacaq.

Qeyd edək ki, fevral ayında Venesuela petro adlanan öz kriptovalyutasını dövriyyəyə buraxmışdı.

Xəbər lenti

Xəbər lenti