...

Almaniyanın XİN rəhbəri Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 27 Fevral 2018 01:11 (UTC +04:00)
Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub
Almaniyanın XİN rəhbəri Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər: "Xarici işlər naziri Ziqmar Qabriel bu gün rusiyalı həmkarı Sergey Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib. Nazir Qabriel qətiyyətlə çıxış edib ki, bütün tərəflər BMT Təhlükəsizlik Şurasının 2401 qətnaməsini yerinə yetirməlidir və Suriyada atəşkəsi mümkün etməlidirlər".

Qeyd edək ki, fevralın 24-ü BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması və ölkədə gələcəkdə humanitar əməliyyatların keçirilməsi barədə qətnamə qəbul edib. Sənəd bütün tərəfləri "yubanmadan toqquşmaları dayandırmağa" və bütün Suriya ərazisində ən azı 30 gün uzun müddətli humanitar fasilənin təmin edilməsinə sadiq olmağı tələb edir.

Xəbər lenti

Xəbər lenti