...

Türkmənistan prezidenti 8 martda qadınları belə təbrik edəcək...

Dünya xəbərləri Materials 1 Mart 2018 09:47 (UTC +04:00)
Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun adından 40 manat (11 dollar) veriləcək.
Türkmənistan prezidenti 8 martda qadınları belə təbrik edəcək...

Bakı. Trend:

Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun adından 40 manat (11 dollar) veriləcək.

Trend-in məlumatına görə, bu 40 manatı ölkədə mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan qadınlar alacaq.

Prezident sərəncamının tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə də şamil olunacağı bildirilib.

Təqaüdçü qadınlar da prezidentin hədiyyəsini ala biləcək.

Xəbər lenti

Xəbər lenti