...

"Zeytun budağı" əməliyyatında həlak olan türk hərbçilərin sayı açıqlanıb - 41

Dünya xəbərləri Materials 2 Mart 2018 17:23 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi "Zeytun budağı" əməliyyatı müddətində 41 türk hərbçisi həlak olub
"Zeytun budağı" əməliyyatında həlak olan türk hərbçilərin sayı açıqlanıb - 41

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi "Zeytun budağı" əməliyyatı müddətində 41 türk hərbçisi həlak olub.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir əlavə edib ki, əməliyyatlar zamanı Azad Suriya Ordusunun 116 üzvü də həlak olub.

Bu müddət ərzində Afrin ətrafında 615 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti