Bakı. Trend
Suriyanın Hmeymim aerodromunda Rusiyaya məxsus "An-26" təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 26 sərnişin və 6 heyət üzvü həlak olub.
Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına 500 metr qalarkən qəzaya uğrayıb.
İlkin məlumata əsasən, qəzaya səbəb texniki nasazlıq ola bilər.
Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası qəzanın səbəbi ilə bağlı bütün mümkün versiyaları öyrənəcək.