...

Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq

Dünya xəbərləri Materials 8 Mart 2018 14:22 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.
Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

O həmçinin qeyd edib ki, İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına qarşı əməliyyatlara başlanacaq.

Məlumat üçün bildirək ki, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti