...

"Taliban" raket atdı - 7 dinc sakin öldü

Dünya xəbərləri Materials 12 Mart 2018 11:52 (UTC +04:00)
Əfqanıstanın şərq vilayəti Nanqarxarda "Taliban"ın raket zərbələri nəticəsində 7 dinc sakin həlak olub.
"Taliban" raket atdı - 7 dinc sakin öldü

Bakı. Trend:

Əfqanıstanın şərq vilayəti Nanqarxarda "Taliban"ın raket zərbələri nəticəsində 7 dinc sakin həlak olub.

Trend-in məlumatına görə, insident səhər saatlarında Batikot rayonunda baş verib. Vilayət qubernatorunun nümayəndəsi Ataulla Xoqyani bildirb ki, raketlərdən biri nəqliyyat vasitəsinin üzərinə düşüb.

Qeyd edək ki, son günlər Əfqanıstanda vəziyyət gərgin olaraq alır.

Xatırladaq ki, martın 9-da Əfqanıstanın paytaxtı Kabildə baş vermiş güclü partlayış zamanı 7 nəfərin həlak olduğu, daha 10 nəfərin yaralandığı məlumat verilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti