Bakı. Trend:
Filippində təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə Bulakan əyalətində baş verib.
“Lite Air Express” şirkətinə məxsus təyyarədə 6 sərnişin və 1 pilot olub. Hazırda qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Qeyd olunur ki, həmin aviaşirkətə məxsus təyyarələr istintaq müddətində uçuşlarını dayandırıb.