...

Türkiyə ordusu Suriyanın daha bir şəhərini terrorçulardan azad etdi -Təl-Rifat

Dünya xəbərləri Materials 27 Mart 2018 15:51 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Suriyanın Təl-Rifat şəhərini terrorçulardan azad edib.
Türkiyə ordusu Suriyanın daha bir şəhərini terrorçulardan azad etdi -Təl-Rifat

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Təl-Rifat şəhərini terrorçulardan azad edib və bu yaşayış məntəqəsində nəzarəti tam ələ keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Təl-Rifatın azad olunması əməliyyatında "Azad Suriya Ordusu"nun təqribən 10 min döyüşçüsünün də iştirak etdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti