Bakı. Trend:
Myanmada yeni prezident seçilib.
Trend-in məlumatına görə, yeni prezident ölkənin Aşağı Palatasının sabiq spikeri 66 yaşlı Vin Mint seçilib.
Qeyd edək ki, martın 21-də Myanmanın 71 yaşlı prezidenti Txin Çjo istefaya gedib.
Sabiq prezidentin istefaya getməsinin səbəbi kimi onun istirahət etmək istəyi göstərilir.