Bakı. Trend:
Suriyanın Şərqi Quta əyalətində 8 nəfər terrorçuların əsirliyindən azad edilib.
Trend-in RİA Novsti-yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin məlumatında deyilir.
Məlumatda bildirilir: "Martın 31-i Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə 8 nəfər terrorçuların əsirliyindən azad edilib. "Humanir pauzalar" başlayandan Şərqi Qutadan ümumilikdə 150 mindən çox insan çıxıb".