...

Türkiyənin ixracı son 12 ayda 10,5% artıb

Dünya xəbərləri Materials 1 Aprel 2018 19:20 (UTC +04:00)
Türkiyənin ixracı son 12 ay üçün 10,5% artıb və 159,923 milyard dollar təşkil edib.
Türkiyənin ixracı son 12 ayda 10,5% artıb

Bakı. Rauf Quliyev - Trend:

Türkiyənin ixracı son 12 ay üçün 10,5% artıb və 159,923 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, martda ixrac ötən ilin bu ayı ilə müqaisədə 11,5% artıb, yəni 15,106 milyard dollar təşkil edib. Bu göstərici aylar üzrə ixrac tarixində ən yüksək göstərici olub.

Həmçinin bildirilir ki, 2018-ci ilin ilk üç ayı üçün ixrac 40,727 milyard dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 10,4% çox deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti