...

Polşa Rusiyaya qarşı yumşaldı

Dünya xəbərləri Materials 4 Aprel 2018 11:29 (UTC +04:00)
"Skripalın işi" ilə bağlı qalmaqal fonunda Polşa sözügedən məsələyə qarşı mövqeyində dəyişiklik edib.
Polşa Rusiyaya qarşı yumşaldı

Bakı. Trend:

"Skripalın işi" ilə bağlı qalmaqal fonunda Polşa sözügedən məsələyə qarşı mövqeyində dəyişiklik edib.

Trend-in məlumatına görə, Avropa Parlamentinin Polşadan olan deputatı Yanuş Korvin-Mikke deyib ki, Rusiyanın bu işdə əli olduğunu araşdırmaq mənasız bir məşğuliyyətdir.

Bundan əvvəl, Almaniyanın Şimali Reyn - Vestfaliya federal torpağının Baş naziri və kansler Angela Merkelin yaxın müttəfiqi Armin Laşet "Skripalın işi" ilə bağlı Böyük Britaniyanı tənqid edib. Laşet deyib ki, Böyük Britaniya rus diplomatlarının çıxarılması ilə bağlı digər ölkələrə çağırış etməmişdən əvvəl "Skripalın işi" ilə bağlı yetərli sübutlar toplamalı idi.

Qeyd edək ki, bu gün Haaqada "Skripalın işi" üzrə məhkəmə iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti