Bakı. Trend:
Gürcüstanda mədəndə qəza baş verib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, qəza nəticəsində 6 nəfər həlak olub. Daha 3 nəfərin yaralandığı qeyd edilir.
Qəzanın necə baş verməsi və başqa təfərrüatlar hələ açıqlanmayıb.