Bakı. Trend:
Sevgilisindən ayrılan və bu ayrılıqla barışa bilməyərək 5 ay ərzində ona 4,5 min mesaj yazan fransıza qarşı 1 il müddətinə həbs qətimkan tədbiri seçilib.
Trend-in məlumatına görə, bundan başqa ayrıldıqları müddət ərzində o, keçmiş sevgilisinə 416 dəfə zəng edib.
Bununla yanaşı keçmiş sevgilisini hər yerdə təqib etməsi səbəbindən bu "romantik fransız" haqqında həbs qərarı çıxarılıb.