...

Avropanın ən varlı adamının adı açıqlanıb

Dünya xəbərləri Materials 7 Aprel 2018 04:04 (UTC +04:00)
Avropanın ən varlı adamı "Louis Vuitton Moёt Hennessy" şirkətlər qrupunun prezidenti Bernan Arno olub.
Avropanın ən varlı adamının adı açıqlanıb

Bakı. Trend:

Avropanın ən varlı adamı "Louis Vuitton Moёt Hennessy" şirkətlər qrupunun prezidenti Bernan Arno olub.

Bu barədə Trend "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bernan Arno ən varlı insanların dünya reytinqində isə dördüncü yerdədir. Onun sərvəti 70,7 milyard dollar təşkil edir.

Avropa reytinqində Arnonun ardınca "Indıtex" şirkətinin yaradıcısı və sabiq prezidenti ispaniyalı Amansio Ortequ gəlir.

Dünya reytinqdinin ilk üçlüyünə həmçinin "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos, "Microsoft"un yaradıcısı Bill Geyts və amerikalı sahibkar Uorren Baffett daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti