...

Cenevrədə restoranda partlayış baş verib: 15 yaralı

Dünya xəbərləri Materials 8 Aprel 2018 03:15 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində yerləşən restoranlardan birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 7-nə hadisə yerində yadım göstərilib, digər 8-i isə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, restoranda qaz balonu partlayıb. Yerli polis insident ilə əlaqədar araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti