Bakı. Trend:
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, tərəflər danışıqlar zamanı Suriya məsələsini müzakirə ediblər.
Xatırladaq ki, baza ertəsi günü Suriyanın Xoms vilayətində yerləşən T-4 aerodromunun ərazisi raket hücumuna məruz qalıb. Hücum nəticəsində Suriya vətəndaşları yaralanıb və həlak olub. Ölkə hakimiyəti hücuma görə İsraili ittiham edib.