...

Türkiyə müxalifəti prezident seçkiləri üçün namizədini açıqladı - KİM?

Dünya xəbərləri Materials 19 Aprel 2018 15:03 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) erkən prezident seçkiləri üçün öz namizədini açıqlayıb
Türkiyə müxalifəti prezident seçkiləri üçün namizədini açıqladı - KİM?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) erkən prezident seçkiləri üçün öz namizədini açıqlayıb.

Trend-in məlumatına görə, bu vəzifəyə namizəd olaraq partiya sədri Kamal Kılıçdaroğlunun namizədliyi irəli sürülüb.

Onun namizədliyini partiya üzvlərinin 85 faizinin dəstəklədiyi bildirilir.

Xatırladaq ki, ötən gün Türkiyədə erkən prezident və parlament seçkilərinin tarixi bir il əvvələ alınaraq 2018-ci il iyunun 24-ü elan olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti