...

Əfqanıstanda PARTLAYIŞ - 5 ölü, 10 yaralı

Dünya xəbərləri Materials 20 Aprel 2018 18:20 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Cəlalabad şəhərində güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış sərnişinləri daşıyan furqonun minaya düşməsi nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Sərnişinlərin əksəriyyəti qadın və uşaqlar olub.

Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti