Bakı. Trend:
Çinin Quansi Cuan muxtar rayonunda 2 qayıq toqquşub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qayıqların toqquşması nəticəsində 11 nəfər həlak olub, 6 nəfər isə itkin düşüb.
Məlumata əsasən, insident yerli vaxtla saat 13:40-da baş verib. Toqquşmaya səbəb qayıqlarda idarəetmənin itirilməsi olub.
Qəza baş verəndə iki qayıqda ümumilikdə 57 nəfər olub. Onlardan 40 nəfəri xilas edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir.