...

Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı

Dünya xəbərləri Materials 25 Aprel 2018 11:43 (UTC +04:00)
Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb.
Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı

Bakı. Trend:

Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb.

Trend-in məlumatına görə, N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti