...

Müxalifətçilər Yerevanın mərkəzi meydanına gedən yolu bağlayıblar

Dünya xəbərləri Materials 29 Aprel 2018 12:49 (UTC +04:00)
Nümayişçilər Yerevanda Respublika meydanına gedən yolu bağlayıblar
Müxalifətçilər Yerevanın mərkəzi meydanına gedən yolu bağlayıblar

Bakı. Trend:

Nümayişçilər Yerevanda Respublika meydanına gedən yolu bağlayıblar.

Trend-in məlumatına görə, yüzlərlə müxalifətçi piyada keçidlərində duraraq avtomobillərin yolunu bağlayırlar. Bundan əlavə meydanının ətrafındakı mərkəzi küçələr bağlanıb.

Yerevanın mərkəzi hissəsində az sayda polis var, onlar etirazçılara mane olmurlar.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti