Bakı. Trend:
ABŞ-da qəzaya uğrayan "S-130" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 9 nəfər olub, ilkin məlumata əsasən, onların hamısı ölüb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Daha öncə 5 nəfərin öldüyü bildirilirdi.
ABŞ Hava Milli Qvardiyasının təyyarəsi havaya qalxdıqdan dərhal sonra alışıb və yola düşüb. Xoşbəxtlikdən həmin anda yolda avtomobil olmayıb. Təyyarə təlim uçuşu həyata keçirirdi. Hadisənin səbəbləri məlum deyil.