...

Prezident qərar verdi: Türkmənistanda bütün avtomobillər ağ rəngdə olacaq

Dünya xəbərləri Materials 3 May 2018 16:41 (UTC +04:00)
Türkmənistan rəhbərliyi ölkədə yalnız ağ rəngli avtomobillərin saxlanmasına icazə verib
Prezident qərar verdi: Türkmənistanda bütün avtomobillər ağ rəngdə olacaq

Bakı. Trend:

Türkmənistan rəhbərliyi ölkədə yalnız ağ rəngli avtomobillərin saxlanmasına icazə verib.

Trend-in məlumatına görə, bu qərar yanvarın əvvəlində qəbul olunsa da, son həftələrdə qərarın icrası daha da sərtləşdirilib.

Qeyd olunur ki, avtomobili başqa rəngdə olan şəxslər cərimələnir. Mart ayından başlayaraq keçirilən reydlərdə minlərlə avtomobil sahibi nəqliyyat vasitələrini ağ rəngə boyatmalı olub.

Mayın 25-də, Aşqabad günü qeyd olunan tarixədək paytaxt yollarında fərqli rəngdə avtomobillər qalmayacaq.

Bir müddət əvvəl rəngli avtomobilləri ölkənin digər regionlarına satmağa icazə verilsə də, son günlərdə bölgələrdə də rəngli avtomobillərin qeydiyyatı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti