Bakı. Trend:
Venesuelanın baş prokurorluğu ölkənin ən iri özəl banklarından biri olan "Banesco"nun 11 rəhbərinin həbsinə order alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş prokuroru Trek Uilyam Saab bildirib.
Onun sözlərinə görə, bu şəxslər milli valyuta ilə qanunsuz əməliyyatlar aparmaqda şübhəli bilinirlər və onlar haqqında araşdırma aparılır: "Hazırda baş prokurorluq aşağıdakı vətəndaşların həbsinə order istəyib və azadlıqdan məhrum edib: icraçı sədr Oskar Doval Qarsiya, hüquq məsləhətçisi Marko Tulio Orteqa, vitse-prezident Xesus İrauskina". Baş prokuror həmçinin bank rəhbərliyinin daha bir neçə həbs olunmuş üzvlərinin adlarını sadalayıb.
Saab qeyd edib ki, saxlanılmalar "Kağız əllə" əməliyyatı çərçivəsində həyata keçirilib.