Bakı. Trend:
ABŞ-ın başda "Harri Trumen" olmaqla təyyarədaşıyan gəmilərdən ibarət dəstəsi Suriyada İŞİD-in mövqelərini bombalamağa başlayıb.
Trend-in məlumatına görə, əməliyyatlar mayın 3-ü başlayıb. Zərbələr Aralıq dənizinin şərq hissəsindən aparılır.
"Hazırki əməliyyatlar təyyarədaşıyan gəmilərin imkanlarını və çevikliyini göstərir", deyə donanma komandiri kontr-admiral Cin Blek bildirib.