...

Haaqada bıçaqlı şəxs insanlara hücum edib

Dünya xəbərləri Materials 6 May 2018 01:19 (UTC +04:00)
Niderlandın Haaqa şəhərinin mərkəzində kişi bıçaqla insanlara hücum edib
Haaqada bıçaqlı şəxs insanlara hücum edib

Bakı. Trend:

Niderlandın Haaqa şəhərinin mərkəzində kişi bıçaqla insanlara hücum edib.

Trend-in məlumatına görə, polislər hücum edən şəxsi yaralayıb və saxlayıb. Hücum nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yerli polisin məlumatına əsasən, şübhəli şəxs əvvəl "qəribə davranışı" ilə tanınıb və müalicə olunurmuş.

Xəbər lenti

Xəbər lenti