...

Rio-de-Janeyro çimərliyi yaxınlığında okeana helikopter düşüb: ölən var

Dünya xəbərləri Materials 10 May 2018 01:13 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində okeana helikopterin düşməsi nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Rio-de-Janeyro çimərliyi yaxınlığında okeana helikopter düşüb: ölən var

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində okeana helikopterin düşməsi nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Trend-in Globo telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Barra-da-Tijuka çimərliyi yaxınlığında baş verib. Helikopter sahildən 200 metr aralıqda okeana düşüb.

57 yaşlı pilot Murilo Sezar di Kastru Rebellu ölüb. İlkin məlumata əsasən, o, onurğa sütununu zədələyib və suda boğulub. Yaralanan digər üç nəfər xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti