Bakı. Trend:
İndoneziyanın Surabaya şəhərində polis məntəqəsinin girişində partlayış baş verib.
Trend-in məlumatına görə, iki motosiklet polis məntəqəsinin girişinə yaxınlaşıb və daha sonra onlardan biri partlayıb. Partlayış nəticəsində 7 nəfər həlak olub.
Qeyd edək ki, bu partlayış son 2 gün ərzində Surabaya şəhərində baş verən 4-cü partlayışdır. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.