Bakı. Trend:
Tarix ABŞ-ı və İsraili bağışlamayacaq və biz bunun şahidi olacağıq.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, İƏT-in Fələstindəki vəziyyət ilə bağlı İstanbulda keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq.
Ərdoğan bildirib ki, Qüdsün statusu dəyişdirilə bilməz, bunu BMT-nin qətnamələri nəzərdə tutur.