...

Çavuşoğlu ilə Pompeo arasında görüşün tarixi açıqlanıb

Dünya xəbərləri Materials 16 May 2018 14:05 (UTC +04:00)
İyunun 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcək.
Çavuşoğlu ilə Pompeo arasında görüşün tarixi açıqlanıb

Bakı. Trend:

İyunun 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcək.

Trend-in məlumatına görə, görüş Vaşinqtonda baş tutacaq. Görüş zamanı bir sıra regional məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl M.Çavuşoğlu və M.Pompeo Brüsseldə görüşmüş və “Zeytun budağı” əməliyyatını və digər məsələləri müzakirə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti