...

Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

Dünya xəbərləri Materials 18 May 2018 03:19
ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək, təlimlərin miqyası və qrafiki dəyişməz olaraq qalacaq
Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək, təlimlərin miqyası və qrafiki dəyişməz olaraq qalacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.

D.Uayt deyib: "Mən deyə bilərəm ki, təlimlərimizin miqyası dəyişməyib... Bizim təlimlər hər il və çoxdan keçirilir, müdafiə xarakteri daşıyır və davam etdiriləcək. Bu alyansın qərarıdır. Biz bunu ABŞ və Cənubi Koreya qüvvələrinn hazır olduğuna əmin olmaq üçün edirik".

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina edib. Buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin aprelin 15-dən "Max Thunder" adlı birgə hərbi təlimləri olub.

Bundan əlavə, Şimali Koreya höküməti ABŞ-la keçiriləcək görüşdən də imtina etməklə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti