...

Ruhani ABŞ və İsrailə qarşı sanksiyalar tətbiq etməyə təklif edib

Dünya xəbərləri Materials 19 May 2018 02:27 (UTC +04:00)

Bakı. Trend:

İran prezidenti Həsən Ruhani ABŞ və İsrailə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.

Trend-in məlumatına görə, bu təkliflə Ruhani İslam Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib.

O bildirib: "Müsəlman və müstəqil siyasət yürüdən ölkələrin rəhbərliklərinİ İsraillə iqtisadi və ticari əlaqələri dayandırmağa çağırırıq".

Ruhani həmçinin BMT Baş Assambleyasının iclasının keçirilməsinin vacibliyini vurğulayıb. İran prezidenti qeyd edib ki, iclas zamanı "ABŞ-ın Fələstin üzrə qeyri-qanuni qərarları və İsrailin cinayətləri müzakirə olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti