Bakı. Trend:
Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.
Trend-in məlumatına görə, prezidentlik uğrunda hazırkı ölkə başçısı Nikolas Maduro daxil olmaqla 6 namizəd mübarizə aparır.
Prezidenti seçkilərində 20,3 milyon Venesuela vətəndaşı iştirak edə bilər, 107 min venesuelalı isə xaricdə səs verəcək. Ölkə ərazisində 45 minə yaxın seçki mərkəzi və məntəqəsi açılıb.
Hazırkı prezident Nikolas Maduronun əsas rəqibi "Mütərəqqi avanqard" partiyasından namizəd Enri Falkon sayılır. Venesuela parlamentini idarə edən böyük müxalifət partiyaları seçkilərdə iştirak etmir.