Bakı. Trend:
Sakit okeanda Guam adasının yaxınlığında 6,0 bal gücündə zəlzələ olub.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, zəlzələ UTC vaxtı ilə 00:26-da baş verib. Zəlzələ episentri İnaracan kəndindən 122 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 km olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.