Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Trend-in məlumatına görə, telefon söhbəti barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bununla belə, iki XİN rəsmisinin telefon söhbəti zamanı hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.