Bakı. Trend:
ABŞ-ın Luiziana ştatında 10 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, 10 avtomobilin toqquşması nəticəsində azı 4 nəfər həlak olub, 13 nəfər isə çüxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza Kovinqton şəhəri yaxınlığında baş verib. Xəsarət alanlar yerli xəstəxanalara çatdırılıb. Polis qəza ilə bağlı araşdırma aparır.