Bakı. Trend:
Suriya ABŞ-dan onların yaratdığı Ət-Tanfe bazasını tərk etməyi tələb edib.
Trend-in məlumatına görə, bu barədə Suriyanın baş nazirin müavini və xarici işlər naziri Valid Muallem bildirib.
V.Muallem deyib: "ABŞ qoşunlarını Ət-Tanfe bazasını və bütün Suriya ərazisini tərk etdikdən sonra biz Cənubi Suriyada təhlükəsizlik üzrə saziş haqqında danışacağıq".
O, qeyd edib ki, Suriya hökuməti cənubdakı vəziyyətlə bağlı danışıqlarda hələlik iştirak etmir.