Bakı. Trend:
Şərqi Qutada 67,8 mindən çox insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.
A.Tsıqankov bildirib: "Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin səyləri sayəsində 67685 insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb".
Onun sözlərinə görə, ötən sutka ərzində Ən-Nasriya yaşayış məntəqəsində mühəndis-istehkamçı bölmələri tərəfindən 6 bina yoxlanılıb, 9 əldəqayırma partlayıcı qurğu aşkar edilib və zərərsizləşdirilib.