Bakı. Trend:
ABŞ OPEK ölkələrinə neft hasilatını sutkada 1 milyon barelədək artırmağı təklif edib.
Trend-in məlumatına görə, bu təklif bir neçə gün əvvəl Küveytdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda səsləndirilib.
Buna səbəb kimi ABŞ-da benzin qiymətlərinin yüksəlməsi göstərilib. Vaşinqton benzinin qiymətinin azalması üçün neftin ucuzlaşmasının zərurətini vurğulayıb.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp OPEK-i neft qiymətlərini süni şəkildə qaldırmaqda ittiham etmişdi.