...

Avstriyada 7 məscid bağlanır, imamlar deportasiya edilir

Dünya xəbərləri Materials 8 İyun 2018 14:37 (UTC +04:00)
Avstriya höküməti ölkə ərazisində 7 məscidi bağlayır və 40 imamı deportasiya edir
Avstriyada 7 məscid bağlanır, imamlar deportasiya edilir

Bakı. Trend:

Avstriya höküməti ölkə ərazisində 7 məscidi bağlayır və 40 imamı deportasiya edir.

Trend-in məlumatına görə, bunu Avstriya kansleri Sebastayn Kurts öz “Twitter” səhifəsində bəyan edib.

Onun sözlərinə görə, ölkədə 2015-ci ildən islam haqqında qanun qüvvədədir. Bu qanun dini məsələlər üzrə quruma qanun pozuntusu zamanı Daxili İşlər Nazirliyini prosesə cəlb etmək hüququ verir.

Qeyd olunur ki, bağlanan məscidlərdən biri türk “Boz qurd” məscidi, qalanları isə ərəb icmalarının məscididir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti