Bakı. Trend:
Türkiyənin Şanlıurfa vilayətində hakim partiyanın seçki məntəqəsinə hücum olunub.
Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, naməlum şəxslərin hücumu nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.
Qeyd olunur ki, naməlum şəxslər qərargah işçilərinə təşviqat işləri zamanı silahlı hücum törədiblər.
Yaralananlar xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.