...

Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb

Dünya xəbərləri Materials 15 İyun 2018 20:13 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb
Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İstanbulda mitinq zamanı çıxış edən Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb.

Türkiyə prezidentinin fikrincə, dünyanın bütün dövlətləri BMT TŞ-nın işində iştirak etmək imkanına malik olmalıdır: "Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz".

Bundan əlavə, Rəcə Tayyib Ərdoğan Türkiyə ordusunun PKK terrorçularının obyektlərinin məhv edilməsi üzrə əməliyyatlar apardığı Şimali İraqdakə vəziyyətdə danışıb: "Türkiyə HHQ İraqın Qəndil rayonunda terrorçuların obyektlərinə zərbələr endirir. Türkiyə höküməti orduya hərtərəfli dəstək göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti