...

Malidə fransalı hərbçilərə hücum olunub: 6 ölü

Dünya xəbərləri Materials 1 İyul 2018 20:40 (UTC +04:00)
Malinin şimalında Fransa hərbçilərinə hücum olunub
Malidə fransalı hərbçilərə hücum olunub: 6 ölü

Bakı. Trend:

Malinin şimalında Fransa hərbçilərinə hücum olunub.

Trend-in məlumatına görə, naməlum şəxslər fransalı hərbçilərin olduğu zirehli avtomobil yoldan keçərkən onun yaxınlığında partlayış törədilib. Partlayışdan sonra hərbçilər və silahlılar arasında atışma başlayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 fransalı hərbçi həlak olub, 2 dinc sakin ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti