...

Meksikada seçkilər sona çatdı

Dünya xəbərləri Materials 2 İyul 2018 05:41 (UTC +04:00)
Meksikada ümumi seçkilər bazar günü saat 18.00 radələrində sona çatdı. Səsvermə təxminən 157 min seçki məntəqəsində keçirilirdi.
Meksikada seçkilər sona çatdı

Bakı. Trend:

Meksikada ümumi seçkilər bazar günü saat 18.00 radələrində sona çatdı. Səsvermə təxminən 157 min seçki məntəqəsində keçirilirdi.

Trend-in, yerli mediyaya istinadən verdiyi xəbərə əsasən, meksikalılar bu ilin dekabrında altı il müddətinə seçilən yeni prezident seçdilər. Bundan başqa bir neçə ştatın qubernatoru, senatorlar, millət vəkilləri, şəhər və bələdiyyə başçıları da seçilir.

Səslərin hesablanmasının ilkin nəticələrinin saat 23.00-da elan edilməsi gözlənilir.

“Exe” şirkəti tərəfindən keçirilən sorğunun nəticələri Lopez Obradorun lider olduğunu göstərir. O, 39,2% səs toplayıb. İkinci yerdə - Rikardo Anaya - 37,3% səslə. Xose Antonio Mid səslərin 17,1 faizini qazanıb. Ekzit pollar, tarixdə ilk dəfə Mexiko şəhərinin icra başçısı vəzifəsinə qadın - Klaudia Şeynbaumun seçildiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti