...

"Mariya" Tayvanda məktəbləri bağladı

Dünya xəbərləri Materials 10 İyul 2018 16:46 (UTC +04:00)
Tayvanın bir sıra şəhərlərində “Mariya” tayfunu ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması barədə qərar verilib.
"Mariya" Tayvanda məktəbləri bağladı

Bakı. Trend:

Tayvanın bir sıra şəhərlərində “Mariya” tayfunu ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması barədə qərar verilib.

Trend-in məlumatına görə, adanın şimalında 10-dan çox şəhərdə məktəblər bağlanıb.

Sinoptiklər tayfunun episentrinin Tayvana düşməyəcəyini proqnozlaşdırsa da, ehtiyat məqsədilə məktəblərin bağlanması qərarı verilib.

Qeyd edək ki, "Mariya" tayfunu Çini də öz cənginə alıb. Belə ki, ölkənin şərqindəki Futszyan əyalətində “Mariya” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, “qırmızı” kateqoriyalı xəbərdarlıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti