...

Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 351-ə çatıb

Dünya xəbərləri Materials 12 İyul 2018 05:14 (UTC +04:00)
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 351-ə çatıb
Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 351-ə çatıb

Bakı. Trend:

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 351-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Nikaraquanın insan hüquqları üzrə assosiasiyasından bildiriblər.

Məlumata əsasən, etiraz aksiyalarında daha 40 nəfər həlak olub. Beləliklər, ölənlərin sayı 351-ə çatıb.

Bildirilir ki, 2,1 min insan etiraz aksiyaları zamanı xəsarət alıb, 329 nəfər isə oğurlanıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 40 ölüm faktı nəzərə alınmaqla 351 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti