...

Rusiyada Volgograd yaxınlığında xilasedicilər beş gün yanğını söndürə bilmirlər

Dünya xəbərləri Materials 13 İyul 2018 00:36 (UTC +04:00)
Volqoqrad yaxınlığındakı stadionun inzibati binası beşinci gündür ki, yanmağa davam edir. Cümə axşamı günü bina yenidən yanğına tutuldu.
Rusiyada Volgograd yaxınlığında xilasedicilər beş gün yanğını söndürə bilmirlər

Bakı. Trend:

Volqoqrad yaxınlığındakı stadionun inzibati binası beşinci gündür ki, yanmağa davam edir. Cümə axşamı günü bina yenidən yanğına tutuldu.

Bir neçə gün əvvəl bildirilirdi ki, Volqoqrad əyalətinin Voljski şəhərində bazar günü axşam şəhər stadionunun inzibati binasında yanğın baş verdi. Həmin gün yanğınsöndürənlər yanğının qarşısını aldılar. Xəsarət alanlar haqqında malumat yoxdur. Tikili beş gün ərzində tüstüləməyə davam edirdi və bu gün birinci mərtəbədə yanğın yenidən başlayıb.

Voljski şəhərinin icra hakimiyətindən verilən məlumata görə, bina əyilib və onun dağılma təhlükəsi var, belə ki, yanğınsöndürənlər içəridə işləyə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti