...

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 128 nəfərə çatıb

Dünya xəbərləri Materials 22 İyul 2018 19:23 (UTC +04:00)
İranın qərbində Kermanşah əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 128 nəfərə çatıb.
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 128 nəfərə çatıb

Bakı. Trend:

İranın qərbində Kermanşah əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 128 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə əyalətin qubernatoru bildirib. Qeyd edək ki, bundan əvvəl 20 nəfərin xəsarət alması barədə məlumat verilmişdi. Bildirilib ki, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti